Kosmosda qapalı qalan ekipaj Yerə qayıtdı

17:51 - 25 Oktyabr 2024

Kosmosda qapalı qalan ekipaj Yerə qayıtdı

NASA-nın Crew-8 missiyası çərçivəsində kosmosa göndərilən 3 astronavt və 1 kosmonavt kosmos stansiyasında təxminən 8 ay qaldıqdan sonra dünyaya qayıdıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

6 aya göndərilən rus kosmonavt Alexander Grebenkin və NASA astronavtları Maykl Barratt, Metyu Dominik və Jeanette Epps təxminən 2 aylıq gecikmə ilə dünyaya qayıdıblar.

Uzunmüddətli kosmos uçuşlarında astronavtların sağlamlığının yaxşılaşdırılması üçün çalışan ekipajın missiyasını uğurla başa vurduğu açıqlanıb.

Qeyd edək ki, Space X Crew-8 missiyasının bir hissəsi olaraq Falcon 9 raketi martın 3-də ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılmışdı.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin