Eyni gündə bir kənddən 5 meyit çıxdı

17:10 - 25 Oktyabr 2024

Eyni gündə bir kənddən 5 meyit çıxdı

Türkiyənin Afyonkarahisar şəhərində tələbə avtobusu ilə toqquşan avtomobildə həyatını itirənlərin sayı 5-ə yüksəlib.

 

Manset.az bu barədə türk mediasına istinadən xəbər verir.

Qəza dünən səhər tezdən Sandıklı rayonunun Alagöz kəndi yaxınlığında baş verib. Əldə edilən məlumata görə, BD-nin idarə etdiyi 03 AFN 701 nömrə nişanlı məktəb avtobusu şagirdləri götürmək üçün yola düşərkən Mustafa Çimenin idarə etdiyi 20 AGS 934 nömrə nişanlı avtomobillə naməlum səbəbdən toqquşub.

Xəndəyə aşmış avtomobildə sürücü Durmuş Tanrıkulu, Rasime Tanrıkulu, Yadigar Çimen və Emine Çimen ağır yaralanıb. Xəbər üzərinə qəza yerinə sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib. Təcili yardımla Afyonkarahisardakı xəstəxanalara çatdırılan yaralılardan Mustafa Çimen, Durmuş Tanrıkulu, Rasime Tanrıkulu və Yadigar Çimen dünən, digər yaralı Emine Çimen isə bu gün xəstəxanada dünyasını dəyişib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin