Azay Quliyev Özbəkistanın Xarici işlər naziri ilə görüşdü

16:55 - 25 Oktyabr 2024

Azay Quliyev Özbəkistanın Xarici işlər naziri ilə görüşdü

Xəbər verdiyimiz kimi, 25 ölkədən 60-a yaxın müşahidəçisi 27 oktyabr parlament seçkiləri izləmək üçün Özbəkistana səfər edəcək. Qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri və əvvəllər qurumun vitse-prezidenti vəzifəsində çalışmış Azay Quliyev olacaq.

 

Manset.az xəbər verir ki, Azay Quliyev Daşkənddə Özbəkistanın Xarici işlər naziri cənab Saidovla görüşüb.

Oktyabrın 27-də keçiriləcək parlament seçkilərində xaricdə yaşayan seçicilərin səsverməsi və ATƏT PA ilə əməkdaşlığın genişləndirilməsi daxil olmaqla seçkilərə dair bir sıra məsələlər müzakirə edilib.



Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin