İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
16:40 - 25 Oktyabr 2024
Belarusun Qomel şəhərinin sakini fırıldaqçılar ucbatından üç otaqlı mənzilini itirib.
Manset.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzeti Qomel vilayəti üzrə İstintaq Komitəsinə istinadən məlumat yayıb .
46 yaşlı kişi ilə özünü bank işçisi kimi təqdim edən naməlum şəxs əlaqə saxlayıb. O, həmsöhbətdən onun adına verilən külli miqdarda krediti təsdiq etməyi xahiş edib. Adama məlumat verilib ki, onun adına çoxlu hesablar açılıb və bu hesablara 112 min Belarus rublu daxil olub. Daha sonra şübhəli hesablara və daşınmaz əmlaka görə yoxlanılacağını bildirən bir polis əməkdaşı ilə əlaqə saxlayıb.
Ona iki variant təklif olunub: məhkəmə müddətində istintaq təcridxanasında olmaq və ya fırıldaqçıları tutmaq üçün yem rolunu oynamaq. Belarusiyalı istintaqla əməkdaşlığa üstünlük verib. O, mənzili “uydurma” satmağa razı olub və kirayə evə köçüb. Onun mənzil satışından əldə etdiyi 95 min Belarus rublu dələduzların əlinə keçib. Bundan sonra zənglər davam etsə də, kişi tezliklə aldadıldığını anlayaraq polisə müraciət edib. Hazırda cinayət işi üzrə araşdırma aparılır.
Bundan əvvəl Krasnoyarsk diyarının Minusinsk şəhərində fırıldaqçılar dörd kimsəsiz uşağın mənzillərini əlindən alıblar .
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin