Göygöldə baş verən qəzada ölən tələbənin FOTOSU

14:30 - 25 Oktyabr 2024

Göygöldə baş verən qəzada ölən tələbənin FOTOSU

Göygöldə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat bəlli olub.

 

Manset.az xəbər verir ki, hadisə zamanı xəsarət alan Fariz Məhərrəmov və Heydər Hüseynov, eləcə də qəza nəticəsində dünyasını dəyişən Ramal Qurbanzadə tələbə olublar.

Onlar Gəncə Dövlət Aqrar Universitetin tələbələridir.

Qeyd edək ki, qəza zamanı 2001-ci il təvəllüdlü Sədanur Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillə 2006-cı il təvəllüdlü Elməddin Ələkbərovun sürücüsü olduğu VAZ-2115 markalı maşın toqquşub. Sürücülər qəzadan xəsarətsiz xilas olublar.

 



Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin