Bakıda tıxaca görə 2 nəfər həbs edildi

12:32 - 25 Oktyabr 2024

Bakıda tıxaca görə 2 nəfər həbs edildi

Oktyabrın 22-də paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yolu kəsən şəxslər həbs edilib.

 

Manset.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, qəsəbə sakini olan 1991-ci il təvəllüdlü M.Hüseynov və T.Məmmədli (şərti ad və soyad) inzibati məsuliyyətə cəlb olunub.

Belə ki, həmin şəxslər evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. Təxminən 5 dəqiqə ərzində nəqliyyatın hərəkətinin intensiv olduğu yolda tıxac yaranıb və əraziyə polislər gəlib.

Yolu kəsən şəxslər saxlanılıb və barələrində protokol tərtib edilib.

Xəzər Rayon Məhkəməsi hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıqdə təqsirli bilib. Onlara 7 sutka həbs cəzası verilib.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin