Rəşad Sadıqov qəza keçirdi

12:05 - 25 Oktyabr 2024

Rəşad Sadıqov qəza keçirdi

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov xoşagəlməz hadisə ilə üzləşib.

 

Manset.az Sportinfo.az-a istinadən xəbər verir ki, olay dünən gecə saatlarında, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində baş verib.

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Ayaks"la matçını (0:3) tribunadan izləyən mütəxəssis arenanın ikinci çıxışında qəza keçirib.

Onun "Range Rover" markalı avtomobili digər maşın tərəfindən vurulub. Şahidlərin verdiyi məlumata görə, Sadıqov hadisədən sonra özünü itirməyib, təmkinini qoruyub.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin