Robotun çəkdiyi rəsm hərracda bu qiymətə satılır - FOTO

10:58 - 25 Oktyabr 2024

Robotun çəkdiyi rəsm hərracda bu qiymətə satılır - FOTO

Dünyaca məşhur Sotheby's hərrac evi bu ayın sonunda insanabənzər robotun süni intellektdən istifadə edərək hazırladığı ilk işi satışa çıxaracaq.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Ai-Da yaradıcısı Aidan Meller bu əsərin cəmiyyətin texnologiya ilə əlaqəsini üzə çıxardığını və sənətin tarix boyu sosial dəyişiklikləri əks etdirdiyini vurğulayıb.

Meller, bu əsərin süni intellektin yaratdığı digər sənət əsərlərindən fərqli olduğunu da bildirdi. Bu tip robot əsəri ilk dəfə hərraca çıxarılır".

Bu unikal əsərin oktyabrın 31-də keçiriləcək hərracda 120 min ilə 180 min dollar arasında satılacağını gözləyir.

Ai-Da təsviri sənətdə insan formasının hörmətli və düşündürücü təsvirlərindən ilhamlandığını və sənətinin "yeni texnologiyalar haqqında dialoq" başlatmaq qabiliyyətinə malik olduğunu söylədi.

Ai-Da kamera ilə təchiz edilmiş gözləri və robot qolları ilə rəsm çəkir və daha əvvəl Böyük Britaniyanın Lordlar Palatasında çıxış edib.

 



Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin