Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

12:45 - 25 Oktyabr 2024

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

"Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib. Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək".

***

09:35

Bakıda məktəbli qız qaçırılıb.

Manset.az xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində danışılıb.

Qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.

Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub:

"Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar",- deyə o bildirib.

Ətraflı süjetdə:

 


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin