“Neftçi”nin tanınmış hücumçusu da “Qaradağ”a getdi

00:30 - 25 Oktyabr 2024

“Neftçi”nin tanınmış hücumçusu da “Qaradağ”a getdi

"Neftçi"nin yetirməsi Mirabdulla Abbasov karyerasını bərpa edib.

 

Manset.az Sportinfo.az-a istinadla bildirir ki, 29 yaşlı hücumçu 1 illik aradan sonra yaşıl sahələrə dönməyi qərara alıb.

2018-ci ildə Premyer Liqanın ən yaxşı oyunçusu seçilmiş forvard bundan sonra I Liqada forma geyinəcək.

O, Araz Abdullayevin ardınca "Qaradağ Lökbatan"ın yolunu tutub. Abbasov gələn ilin yayınadək, yəni, mövsümün axırınadək Lökbatan təmsilçisinin uğurları üçün çalışacaq.

Mirabdullanın son klubu "İrəvan" olub. Keçən sezona bu komandada başlasa da, 2023-cü ilin okatyabrında çıxışını dayandırıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin