Antibiotik preparatları reseptsiz satanları hansı cəza gözləyir? - VİDEO

22:21 - 24 Oktyabr 2024

Antibiotik preparatları reseptsiz satanları hansı cəza gözləyir? - VİDEO

Apteklərdə bəzi antibiotiklərin reseptsiz satılması hallarına rast gəlinir.

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, vətəndaşların sözlərinə görə, nəinki antibiotik, digər dərmanları belə aptekdən resept göstərmədən almaq mümkündür.

Bəzi apteklərdə elə antibiotiklər var ki, resept təqdim edilməsə də, onların satışı həyata keçirilir. Əslində isə növündən asılı olmayaraq, heç bir antibiotiki reseptsiz satmaq olmaz.

Ekspert Adil Qeybullanın sözlərinə görə, dünyada bir çox adda dərman var ki, heç bir halda reseptsiz satışına icazə verilmir.

Manset.az Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin