Putin Ərdoğana təşəkkür etdi

21:56 - 24 Oktyabr 2024

Putin Ərdoğana təşəkkür etdi

“Biz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana minnətdarıq ki, bir vaxtlar Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün bizə platforma təqdim etdi”.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin BRICS sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Ukrayna ilə danışıqlara gəlincə, mən bu barədə artıq dəfələrlə demişəm. Biz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana minnətdarıq ki, o, vaxtilə bizə Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün platforma təqdim edib”, - deyə Rusiya lideri qeyd edib.

Ukrayna ilə münaqişənin başlamasından danışan Putin bu ölkədə hərbi bazalar tikməyə hazırlaşan ABŞ və Qərbin hərəkətlərini ədalətsiz adlandırıb. “Biz axı deyirdik ki, NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizi pozur”, - deyə Putin bildirib.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin