Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

20:39 - 24 Oktyabr 2024

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti Peter Pelleqrini bir neçə gündən sonra Azərbaycana səfər edəcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Pelleqrini Azərbaycana səfər planları barədə Almaniyada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək danışıqlarda o, Slovakiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Pelleqrini əlavə edib ki, Azərbaycana qarşıdakı səfərini Almaniya kansleri Olaf Şolts ilə müzakirə edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin