COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
22:55 - 24 Oktyabr 2024
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolş idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqidədə fərqənən Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib.
2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamayıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Bodo Qlimt”ə qarşı keçirəcək.
22:38
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.
Daha əvvəl 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə almışdı.
21:29
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı maçtda 36-cı dəqiqədə Kennet Teylor qonaqları hesbada irəli çıxarıb - 1:0.
"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.
21:04
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ev sahibləri meydanda azlıqda qalıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 15-ci dəqiqəsində Julio Romao birbaşa qırmızı vərəqə alıb.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
20:48
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.
Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
19:57
Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.
Manset.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland “Ayaks”ı ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda isə “Malmö”yə uduzub (1:2).
Aktivində 4 xal olan “Ayaks” isə 8-ci pillədədir.
Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur.
20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.
Komandaların start heyətləri:
“Qarabağ”: Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Zubir, Juninyo
Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Fabian Buntiç, Addai, Bəhlul Mustafazadə, Riçard Almeyda, Kaşuk, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade, Nəriman Axundzadə
“Ayaks”: Pasveyer, Xato, Şutalo, Ruqani, Rensx, Teylor, Henderson (k), Fits-Djim, Qodts, Veqhorst, Rasmussen
Ehtiyat oyunçular: Qorter, Ramay, Qoey, Veyndal, Brobbi, Ekpom, Ahmedcan Kaplan, Traore, Van den Boomen, Mokyo, Tahiroviç, Banel
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin