İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
18:42 - 24 Oktyabr 2024
İlkin məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında və Suriyada PKK terrorçularının 47 hədəfinə endirdiyi zərbələr nəticəsində iki cinayətkar təşkilatın liderləri də daxil olmaqla 59 terrorçu məhv edilib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik qeyd edib ki, oktyabrın 23-ü axşam saatlarında həyata keçirilən hava əməliyyatı çərçivəsində terrorçuların sığınacaqları və silah-sursat anbarları, o cümlədən digər texnikaları məhv edilib.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler cümə axşamı səhər saatlarında bildirib ki, İraq ərazisində 29, Suriyada isə 18 hədəfə hava zərbələri endirilib.
“Türkiyə təhdidlərə boyun əyməyib və boyun əyməyəcək”, - deyən nazir bölgədə antiterror əməliyyatlarının davam etdiriləcəyini vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin