47 milyon avro dəyərində müqavilə əsasında 50-dən çox ordu yük maşını Litvaya gəldi

13:58 - 24 Oktyabr 2024

47 milyon avro dəyərində müqavilə əsasında 50-dən çox ordu yük maşını Litvaya gəldi

Baltikyanı Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, ordu yük maşınlarının bir partiyası 47 milyon avro dəyərində müqavilə əsasında Litvaya gəlib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Müqaviləyə əsasən, Litva 51 Mercedes-Benz Unimog U5000 yük maşını alıb", - məlumatda deyilir.

2021-ci ildə imzalanmış müqavilə çərçivəsində 170 belə maşının tədarükü planlaşdırılırdı. Əməliyyat dəyəri 47 milyon avrodur.

Litvanın aldığı yük maşınları bölmələrin maddi-texniki təchizatı, tibbi evakuasiya tapşırıqlarının yerinə yetirilməsi, həmçinin xüsusi əməliyyatlarda istifadə üçün nəzərdə tutulub. Yük maşınları dərinliyi 1,2 m-ə qədər olan su maneələrini dəf edə bilir ki, bu da onları məşqlər zamanı çətin yerlərdə xüsusilə effektiv edir. 

 

 

 

 

 

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin