Avropa İttifaqı BRICS sammitinin sanksiyalarla bağlı bəyannaməsini RƏDD ETDİ

16:39 - 24 Oktyabr 2024

Avropa İttifaqı BRICS sammitinin sanksiyalarla bağlı bəyannaməsini RƏDD ETDİ

 Brüssel Kazanda keçirilən BRICS sammitinin bəyannaməsini nəzərə alıb, lakin Aİ-nin qəbul etdiyi sanksiyalarla bağlı iddiaları rədd edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Biz Avropa İttifaqı olaraq Kazanda BRICS sammitinin sanksiyalarla bağlı ifadəsini bizim ünvanımıza yönəldilmiş saymırıq. Aİ-nin sanksiyaları Avropa İttifaqının hüququna əsaslanan, Aİ-dəki vətəndaşlar və təşkilatlar üçün yerinə yetirilməsi vacib olan qanuni qərarlardır. BRICS sammitinin ümumi nəticələrinə gəlincə, biz Kazanın bəyannaməsini nəzərə aldıq," -  Brüsseldəki brifinqdə Avropa diplomatiyasının rəhbəri Josep Borrell-in mətbuat katibi Peter Stano bildirib.

 

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin