İlham Əliyev Paşinyanla BRİCS Sammitində söhbət etdi - VİDEO/FOTO

14:27 - 24 Oktyabr 2024

İlham Əliyev Paşinyanla BRİCS Sammitində söhbət etdi - VİDEO/FOTO

Xəbər verdiyimiz kimi, hazırda Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 

Manset.az xəbər verir ki, tədbirdə dəyirmi masa ətrafında ölkələr əlifba sırası ilə yerləşdirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı əyləşib.

Bildirilib ki, tərəflər tədbirin əvvəlində bir neçə cümləlik fikir mübadiləsi aparıblar. Sonradan onlara hər iki ölkənin xarici işlər naziri də qoşulub.



Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin