Əməkdar artist Qarabağ Universitetində dərs deyəcək

10:20 - 24 Oktyabr 2024

Əməkdar artist Qarabağ Universitetində dərs deyəcək

Əməkdar artist, xanəndə Ehtiram Hüseynov Xankəndidə Qarabağ Universitetində işə başlayıb.

 

Manset.az xəbər verir ki, xanəndə hazırda Qarabağ Universitetində İncəsənət fakültəsində dərs deyir. O, buna qədər Azərbaycan Milli Konservatoriyasında Muğam fakültəsində müəllim kimi çalışırdı.

Uzun zaman ağır xəstəlikdən əziyyət çəkən müğənni həkimlərin məsləhəti ilə doğma yurdu Laçında yaşayırdı.

O, Laçına köçdükdən sonra sağalmağa başladığını bildirib.


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin