Bakıda aptekdən dəhşətli görüntülər - Qadın vəhşicəsinə döyüldü
25 Noyabr 2024
09:20 - 24 Oktyabr 2024
Bu gün Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib.
Manset.az xəbər verir ki, “Xəzər TV” kanalının efirində 22 oktyabr, saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsi ilə bağlı hal müzakirə olunub.
Müzakirə zamanı qeyd olunub ki, serialın yayımı zamanı (saat 22.32-də) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb. Bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.
“Xəzər TV” kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin