Rəşad Məmmədov dünya ikincisi oldu

22:13 - 23 Oktyabr 2024

Rəşad Məmmədov dünya ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının gümüş medalını qazanıb.

 

Manset.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Əhməd Vafa ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan R.Məmmədov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc medala sahib çıxmışdı.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin