Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
22:03 - 23 Oktyabr 2024
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bəyanat Ermənistan XİN-in X sosial şəbəkəsində yerləşdirilib.
“Bu gün Ankarada baş verən hücum onu göstərir ki, terrora və günahsız insanlara zərər verməyə heç bir bəraət yoxdur. Ermənistan, dəfələrlə qeyd edildiyi kimi, terrorizmin bütün formalarına və buna bənzər zorakı hərəkətlərə qarşıdır”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, Ermənistan uzun illər Azərbaycana qarşı terror aktları həyata keçirib. Eyni zamanda ermənilər türk diplomatlara sui-qəsdləri ilə tanınırlar. Bu ölkənin bu və ya digər formada dəstək verdiyi onlarla erməni terror təşkilatı var.
Qeyd edək ki, Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında iki partlayış baş verib, 3 terrorçu silahlı hücum edib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Terrorçulardan ikisi məhv edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin