Prezident İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak edir

21:49 - 23 Oktyabr 2024

Prezident İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak edir

Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.

 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Dövlət başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb.

Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin