Türkiyə SQ-nin Livandakı xidmət müddətinə dəyişiklik edildi

21:14 - 23 Oktyabr 2024

Türkiyə SQ-nin Livandakı xidmət müddətinə dəyişiklik edildi

Türkiyə Silahlı Qüvvələrinin Livandakı xidmət müddəti daha bir il müddətinə uzadılıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki,ölkə başçısının müvafiq qərarı Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti İşçi Qrupunun tərkibində xidmətə başlayıb. İcazənin müddəti hər il uzadılıb. Bu çərçivədə, son təklif 6 oktyabr 2023-cü ildə parlamentdə qəbul edilib. Sənədin müddəti oktyabrın 31-də başa çatır.

Livanda 92 türk əsgəri var. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 11 avqust 2006-cı il tarixli qərarına əsasən yaradılmış “beynəlxalq sülhməramlı qüvvələr”də 50-yə yaxın ölkədən 10 mindən çox əsgər xidmət edir.


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin