Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
20:35 - 23 Oktyabr 2024
BRICS sammitinin iştirakçıları Bakıda keçiriləcək COP29 konfransından tutarlı nəticələr gözləyirlər.
Manset.az xəbər verir ki, bu barədə iştirakçı ölkələrin oktyabrın 23-də keçirilmiş sammitinin yekunları üzrə qəbul edilmiş Kazan bəyannaməsində deyilir.
“Biz Azərbaycanın COP29-u uğurla keçirəcəyi fikrinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşma, itki və zərərin qarşılanması sahələrində cari və gələcək milli fəaliyyət planlarına və məqsədlərə nail olmaqda əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi sahəsində tutarlı nəticələr gözləyirik”, - bəyannamədə qeyd olunub.
BRICS ölkələri həmçinin 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Braziliyanın bu tədbirin təşkilatçılığındakı aparıcı rolunu dəstəklədiklərini bildiriblər, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini alqışlayıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin