Litva Rusiya Federasiyası ilə bu müqaviləni ləğv edir

17:55 - 23 Oktyabr 2024

Litva Rusiya Federasiyası ilə bu müqaviləni ləğv edir

Litvanın Nazirlər Kabineti çərşənbə günü Rusiya ilə üç onillik əvvəl imzalanmış ticarət gəmiçiliyi haqqında müqavilənin ləğvini təsdiqləyib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Nəqliyyat və Rabitə Nazirliyi hesab edir ki, saziş Litva üçün aktual deyil, üstəlik, bu mümkün deyil, çünki Ukrayna ilə münaqişə səbəbindən Rusiya ilə bütün əməkdaşlıq dayandırılıb.

Qeyd edək ki, sözügedən saziş dəniz yolu ilə yüklərin daşınması, gəmiçilik şirkətləri və təşkilatları arasında əməkdaşlıq, habelə limanlarda gömrük prosedurları, sənədlərin tanınması, fəlakət zamanı köməklik göstərilməsi sahəsində münasibətləri tənzimləyir


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin