"McDonald's" məhsullarında bakteriyalar aşkar edildi - Ölən var

16:05 - 23 Oktyabr 2024

ABŞ-də "McDonald's" hamburgerləri "E.Coli" bakteriyasına görə bir çox insanının zəhərlənməsinə səbəb olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, indiyədək 49 hadisə qeydə alınıb. Ən çox yoluxma qərb və orta qərb ştatlarında baş verib.

Hadisə nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, bir isə nəfər ölüb.

Hansı qidanın infeksiyaya səbəb olduğu hələ müəyyən edilməyib. Lakin burgerlərdə istifadə edilən dilimlənmiş soğanlar mümkün mənbə kimi şübhələnir.

Həmin soğanların başqa müəssisələrə satılıb-satılmaması da araşdırılır.

"McDonald's" açıqlamasında dilimlənmiş soğanların tək bir təchizatçı tərəfindən təmin edildiyini və xüsusi paylama mərkəzlərinə göndərildiyini söylədi.

Şirkət bəzi ştatlarda bu məhsulun tədarükdən çıxarıldığını və sendviçin müvəqqəti olaraq menyudan silindiyini açıqlayıb.

E.COLİ NƏDİR?

E.Coli insan və heyvanların bağırsaqlarında yaşayan bakteriya qrupudur.

Ümumiyyətlə zərərsiz olan bu bakteriyalar bəzi hallarda toksinlər çıxararaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

İnfeksiyanın simptomlarına şiddətli və qanlı ishal, qarın krampları, qusma və qızdırma daxildir.

Semptomlar bakteriyalara məruz qaldıqdan bir neçə gün sonra görünür.

 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin