Bu ölkə İran və Livana uçuşların ləğvini 2025-ci ilə qədər UZATDI

14:47 - 23 Oktyabr 2024

Bu ölkə İran və Livana uçuşların ləğvini 2025-ci ilə qədər UZATDI

Almaniyanın "Lufthansa" aviaşirkəti Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqlar səbəbilə İran və Livana uçuşların ləğv edilməsini 2025-ci ilə qədər uzaddığını açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Lufthansa”nın verdiyi açıqlamada şirkətin əməliyyat səbəblərindən önümüzdəki aylarda Tehran və Beyruta uçuşları davam etdirməyəcəyi bildirilib.

Bəyanatda bildirilib ki, Livanın paytaxtı Beyrutla əlaqə 28 fevral 2025-ci il tarixinədək, Tehrana uçuşlar isə 31 yanvar 2025-ci ilə qədər dayandırılıb.

Xatırladaq ki, bu həftənin əvvəlində Lufthansa Tel-Əvivə uçuşlarının dayandırılmasını noyabrın 10-na qədər uzatdığını açıqlamışdı.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin