Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
00:00 - 30 Noyabr -0001
Rusiyanın Kazan şəhərində BRICS sammitinin geniştərkibli iclası keçirilir. İclası Rusiya Prezidenti Vladimir Putin açıb və gündəliyin razılaşdırıldığını bildirib.
Manset.az bu barədə Oxu.az-a istinadən məlumat verir.
Rusiya lideri BRICS ölkələri nümayəndələrinin iqtisadi və humanitar məsələləri müzakirə edəcəklərini bildirib.
"Dünya ticarəti və qlobal iqtisadiyyat əhəmiyyətli dəyişikliklərə məruz qalır", - deyə o vurğuayıb və əlavə edib ki, bu məsələdə çoxqütblü model formalaşır.
Onun sözlərinə görə, bu, ilk növbədə Qlobal Cənub və Şərq, eləcə də BRICS dövlətləri hesabına yeni artım dalğasını başladır, eyni zamanda, inkişaf etmiş ölkələrdə borc yükünün artması hesabına böhran potensialı qorunur. BRICS ölkələrinin iqtisadiyyatlarını şərh edən V.Putin qeyd edib ki, ümumilikdə onlar hökumətlərin məsuliyyətli makroiqtisadi və kredit-maliyyə siyasəti sayəsində kifayət qədər dayanıqlılıq nümayiş etdirirlər.
Putin birlik dövlətlərinin əksəriyyətində ortamüddətli perspektivdə sürətli inkişaf templəri gözlənildiyini bildirib.
"2024-25-ci illərdə BRICS iqtisadiyyatlarının orta artımı, ilkin qiymətləndirmələrə görə, dünya ÜDM-nin 3,2%-3,3% artması fonunda 3,8% təşkil edəcək", - deyə o bildirib.
Rusiya liderinin sözlərinə görə, alıcılıq qabiliyyəti pariteti üzrə BRICS ölkələrinin payı 2024-cü ilin yekunlarına görə 36,7% təşkil edəcək ki, bu da "Yeddilik qrupu" (G7) ölkələrinin payını inamla üstələyir.
V.Putinin fikrincə, BRICS-in mövqeləri əhalinin artımı, kapital yığımı, urbanizasiya və əmək məhsuldarlığının artması hesabına möhkəmlənəcək. İqtisadiyyatların potensialını reallaşdırmaq üçün ölkələr bir sıra sahələrdə, xüsusən də texnologiya, təhsil, resursların mənimsənilməsi, logistika və maliyyə sahələrində, əməkdaşlığı gücləndirməli, həmçinin kapital qoyuluşlarının həcmini dəfələrlə artırmalıdırlar.
"Bu baxımdan, milli iqtisadiyyatlarımızın dəstəklənməsi üçün güclü alət olacaq, həm də Qlobal Cənub və Şərq ölkələrini maliyyə resursları ilə təmin edəcək yeni BRICS investisiya platformasının yaradılmasını təklif edirik", - deyə Putin bildirib.
Xatırladaq ki, oktyabrın 22-də Kazanda XVI BRICS sammiti başlayıb. O, iki hissədən ibarətdir. Birincisi, təşkilata üzv ölkələrin "Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi" mövzusuna həsr olunmuş iclasıdır ki, bu da 2024-cü ildə BRICS-ə Rusiyanın sədrliyi dövründə şüarıdır. İkinci hissə "BRICS plus/outreach" formatında iclasdır və mövzusu "BRICS və Qlobal Cənub - daha yaxşı dünyanın birgə qurulması" olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin