Bakıda aptekdən dəhşətli görüntülər - Qadın vəhşicəsinə döyüldü
25 Noyabr 2024
14:20 - 23 Oktyabr 2024
Polşa xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Poznandakı konsulluğunu bağlamaq qərarına gəldiklərini açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir Sikorski Polşanın paytaxtı Varşavada jurnalistlərə məsələ ilə bağlı açıqlama verib:
"Xarici işlər naziri olaraq həm Polşada, həm də müttəfiq ölkələrdə edilən təxribat cəhdlərinin arxasında Rusiya Federasiyasının dayandığına dair məlumatım var. Bu səbəblə , Rusiya Federasiyasının Poznandakı konsulluğunun fəaliyyətinin dayandırılması əmrini vermişəm. Konsulluğun əməkdaşları Polşa Respublikasında "persona non qrata" (arzuolunmaz şəxs) hesab olunacaqlar".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin