Azərbaycan - Portuqaliya oyununun hakimləri

12:55 - 23 Oktyabr 2024

Azərbaycan - Portuqaliya oyununun hakimləri

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

 

Manset.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Almaniyadan olan Fabienne Michel idarə edəcək.

Ona həmyerlisi Melissa Joos və avstriyalı Amina Sarah Gutschi köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Karoline Wacker yerinə yetirəcək. VAR hakimləri Katrin Rafalski, Johann Pfeifer olacaq. Xorvatiyalı Blaženka Logarušić hakim-inspektor, monteneqrolu Sanja Bosanac Perisic UEFA nümayəndəsi kimi təyinat alıblar.

Qeyd edək ki, oktyabrın 25-də "Dalğa Arena"da təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin