İlham Əliyev Rusiyada səfərdədir - VİDEO/FOTO

12:24 - 23 Oktyabr 2024

İlham Əliyev Rusiyada səfərdədir - VİDEO/FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib.

 

Manset.az xəbər verir ki, dövlət başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyevi Tatarıstan Rəisi Rüstəm Minnixanov qarşılayıb.

 



Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin