"Siyavuş Novruzov faktları təhrif edir": Mirşahindən sərt tənqid - VİDEO
28 Noyabr 2024
10:14 - 23 Oktyabr 2024
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib ki, hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.
Onun sözlərinə görə, düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlıda 40 mm təşkil edir. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Lerikdə 17 sm olub.
“Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir”, - G. Məmmədova qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin