Bakı qışa hazırdır? - VİDEO

09:39 - 23 Oktyabr 2024

Bakı qışa hazırdır? - VİDEO

"Azəristiliktəchizat"ın PR meneceri Rüxsarə Babayeva ilə Baku TV-nin aparıcısı Elçin Əlibəyli arasında gərginlik yaşanıb.

 

Manset.az xəbər verir ki, "Baku aktual" verilişində qonaq olan qurum rəsmisinə - "keçən illə bu ilin fərqi yeni təmir edilən qazanxanalardır, yoxsa əhali həqiqətən də istiliklə təmin olunacaq?" - sualını ünvanlayıb.

R.Babayeva istilik sistemi ilə bağlı yeniliklərin olacağını qeyd edərək bildirib ki, istilik yeni qazanxanadan ötürülürsə, effektivlik də artır.

Daha sonra aparıcı əhalinin mərkəzi istilik sisteminin keyfiyyətindən narazı olduğunu vurğulayaraq - "Azəristiliktəchizat" istiliyi qışda verməlidir, amma problem olur, yayda istilik verilir", - deyə narazılığını bildirib.

Daha ətraflı süjetdə:


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin