Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olundu

22:01 - 22 Oktyabr 2024

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olundu

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak məqsədilə Türkiyədə səfərdədir.

 

Manset.az xəbər verir ki, tədbir çərçivəsində nazir Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün ilə görüşüb. Görüşlərdə müdafiə sənayesi sahəsi üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycanı tədbirdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti təmsil edir.

“SAHA EXPO 2024” sərgisində açılan Azərbaycan stendində 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunub. Bura iri və ortaçaplı snayper tüfəngləri, müxtəlif çaplı minaatan, avtomatlar, iriçaplı pulemyotlar, avtomatik top və qumbaraatanlar, eləcə də həmin silahların sursatları daxildir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin