Göygöl sakini bıçaqlandı

21:40 - 22 Oktyabr 2024

Göygöl sakini bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Göygöl Rayon Polis Şöbəsinə rayon sakini Asim Niyazovun kəsici-deşici alətlə bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirlməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Dəmir Nəbiyəv saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin