Baydenin köməkçisi Ermənistana getdi

20:58 - 22 Oktyabr 2024

Baydenin köməkçisi Ermənistana getdi

Oktyabrın 22-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Ermənistan və ABŞ arasında ikitərəfli gündəliyin məsələləri, o cümlədən cari layihələr, müsbət dinamika və inkişafa yönəlmiş gələcək perspektivlər müzakirə edilib.

Mirzoyan və Maykl Karpenter regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son müzakirələrə toxunulub.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin