Deputat qohumunu işdən çıxarıb öz xanımını TƏYİN ETDİ
25 Noyabr 2024
19:15 - 22 Oktyabr 2024
İranın paytaxtı Tehran yaxınlığında yaşayan Rəhmətullah Azad gənc yaşlarında dünyada baş verən zülmə, ədalətsizliyə, müharibələrə diqqət çəkmək üçün velosiped sürməyə qərar verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Azad 40 ildir ki, Afrika, Avropa və Asiyanın 80 ölkəsində olub.
İndi isə o səfərini Türkiyəyə etməyi planlayır.
Azad dünyada haqsızlıq olduğunu, insanların əziyyət çəkdiyini görəndə çox üzüldüyünü, bu səbəbdən də velosipedi ilə ölkələri gəzdiyini, vicdanlı insanlara sülh mesajı verdiyini bildirib.
"Allah bu dünyada insanlara çoxlu nemətlər verib, amma problemlər çoxdur. Ümid edirəm ki, dünyada müharibələr olmayacaq, sülh olacaq. Bombalar, raketlər, zülmlər çox çirkli işlədirdilər", - deyə o bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin