Ukraynada əhali müharibə başlayandan bəri 10 milyon nəfər azalıb

19:08 - 22 Oktyabr 2024

Ukraynada əhali müharibə başlayandan bəri 10 milyon nəfər azalıb

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Şərqi Avropa Mərkəzi Asiya üzrə direktoru Florens Bauer Rusiya müharibəsinin başlanmasından bəri Ukrayna əhalisinin 10 milyon nəfər azaldığını açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hücumlar səbəbiylə ölkəni tərk edən vətəndaşlar, doğuş və ölüm halları səbəbiylə Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Ukrayna əhalisinin 10 milyon azaldığını ifadə edən Bauer qadın başına 2 uşaq doğum nisbətinin olması lazım olduğunu xatırladıb. 

Xatırladaq ki, Sovet İttifaqı dağılan zaman, 1991-ci ildə 50 milyondan çox əhalisi olan Ukraynanın əhalisi müharibədən  bir il əvvəl, 2021-ci ildə 40 milyon civarında idi.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin