Yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

19:11 - 22 Oktyabr 2024

Yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək.

 

Bu barədə Manset.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara bölgəsində oktyabrın 23-də fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin