5 hərbçi yol qəzasında öldü - MN açıqladı (YENİLƏNİB)
28 Noyabr 2024
18:31 - 22 Oktyabr 2024
Kriptovalyuta və ya qısaca kripto, onlayn mühitdə mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal maliyyə vəsaitidir.
Manset.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Onlayn mühitdə populyar olan kripto bərabərində kiberdələduzların dələduzluq niyyətlərini həyata keçirmək məqsədilə geniş istifadə olunur. Belə ki, saxta kripto platformaları vasitəsilə istifadəçilər investisiya yatırmağa və ya səadət zənciri sisteminin qurbanı olmağa cəlb edilir.
Bəzən kiberdələduzlar istifadəçiləri belə saxta platformalara yönəltmək üçün fişinq xarakterli mesajlardan da istifadə edirlər.
Kriptovalyuta dələduzluğundan qorunmaq üçün aşağıdakı təhlükəsizlik tədbirlərinə nəzər yetirə bilərsiniz.
1) Tanımadığınız şəxslərdən kriptovalyuta qazancı ilə bağlı gələn təkliflərə qarşı diqqətli olun.
2) Kriptovalyuta ilə əlaqədar layihələrin və mənbələrin doğruluğunu yoxlayın.
3) Təhlükəsiz elektron pulqabı və platformalardan istifadə edin.
4) Platformalarda aktivlərinizi qorumaq üçün nürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə edin.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin