Netanyahu ABŞ dövlət katibi ilə görüşdü

17:57 - 22 Oktyabr 2024

Netanyahu ABŞ dövlət katibi ilə görüşdü

İsrailin Baş naziri Netanyahu ABŞ dövlət katibi Blinkenlə Qərbi Qüdsdə görüş keçirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Açıqlamada Netanyahu ilə Blinkenin görüşünün gündəliyi ilə bağlı məlumat verilməyib.

Digər tərəfdən İsrail mətbuatı Blinkenin İsrail və HƏMAS arasında əsir mübadiləsi danışıqlarını yenidən başlatmaq üçün Yaxın Şərq turuna getdiyini bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken 2023-cü il oktyabrın 7-dən İsrailə 11 dəfə səfər edib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin