Öldüyü düşünülən körpə cənazədə danışdı

17:41 - 22 Oktyabr 2024

Öldüyü düşünülən körpə cənazədə danışdı

Braziliyanın Correia Pinto şəhərində dəfn mərasimi zamanı tabutunda hərəkət edən  səs çıxaran 8 aylıq Kiara Crislayne de Moura dos Santos təcili olaraq xəstəxanaya aparılıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, edilən müdaxilələrə baxmayaraq körpəni xilas etmək mümkün olmayıb.

 Kiara oktyabrın 19-da Faustino Riscarolli xəstəxanasına aparılıb.

Həkimlər onun nəfəs almadığını və ürək döyüntüsünün olmadığını müəyyən edib və ailəsinə onun ölümü ilə bağlı məlumat verilib. Ölüm xəbərindən cəmi iki saat sonra ailə körpənin cəsədini morqdan götürərək dəfn üçün hazırlıqlara başlayıb.

Dəfn mərasimi zamanı iştirakçılardan biri Kiaranın tabutda hərəkət etdiyini görüb. Mərasim dayandırılıb və qohumu körpənin yanına qaçıb və Kiaranın ona uzadılan əlindən bərk-bərk tutduğunu görüb.

Körpənin oksigenlə doyma səviyyəsi yüzdə 84 olub, o, aparıldığı xəstəxananın reanimasiya şöbəsinə aparılsa da, ürəyinin yenidən dayandığı açıqlanıb.

Xəstəxana körpənin səhvən "ölü" elan edildiyini etiraf edib və ailəsindən üzr istəyib. Hadisə ilə bağlı araşdırmanın 30 gün ərzində yekunlaşacağı bildirilib


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin