Məşhur jurnalist ölkə xaricində vəfat etdi - Cinayət işi açıldı

17:31 - 22 Oktyabr 2024

Məşhur jurnalist ölkə xaricində vəfat etdi - Cinayət işi açıldı

Özbəkistanda 47 yaşlı rusiyalı jurnalist İnessa Papernaya daha iki nəfərin Daşkənd mehmanxanasında ölümü ilə bağlı cinayət işi açılıb

​​​​​

Manset.az xəbər verir ki, bu barədə Ö​​​​zbəkistan Baş Prokurorluğunun mətbuat katibi Xaet Şamsuddinov bildirib.

“Zərərçəkmişlərin ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib”, - o, Telegram kanalında bildirib.

Məlumata görə, 3 nəfərin cəsədi oktyabrın 20-də Daşkənddəki otellərdən birində aşkar edilib. Otelin bir otağında iki rusiyalının - jurnalist İnessa Papernaya və onun rəfiqəsi, Özbəkistan vətəndaşının isə digər otaqda cəsədi aşkar edilib.

İlkin diaqnoz naməlum etimologiyalı zəhərlənmədir.

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin