Meymunçiçəyinin yeni ştammına ilk yoluxma halı qeydə alındı

17:28 - 22 Oktyabr 2024

Meymunçiçəyinin yeni ştammına ilk yoluxma halı qeydə alındı

Alman tibb xidmətləri ölkədə ilk dəfə insanlarda əvvəlkilərdən daha yoluxucu sayılan meymunçiçəyi xəstəliyinin yeni ştammı ilə yoluxma faktını qeydə alıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Əvvəllər Afrikadan kənarda yeni ştamla yoluxma halları İsveç, Pakistan və Taylandda qeydə alınıb.

Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir sıra ölkələrində meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Keçən həftənin məlumatlarına görə, Afrikada epidemiya başlayandan bəri 1000-ə yaxın insan xəstəlikdən dünyasını dəyişib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin