Sənədsiz evlərlə bağlı yeni açıqlama
25 Noyabr 2024
17:01 - 22 Oktyabr 2024
Almaniyada həftədə 4 gün işləmək modeli üçün həyata keçirilən sınaq uğurlu hesab olunub.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, 4 günlük iş həftəsi modeli həm işçilər, həm də işəgötürənlər üçün müsbət nəticələr verib.
“Münster” Universitetindən professor Culia Baxmanın rəhbərlik etdiyi araşdırmanın nəticələri göstərib ki, bu model işçilərin həyat məmnunluğunu və şirkətlərin səmərəliliyini artıra bilər.
İş saatlarının azaldılmasına baxmayaraq, sınaqda iştirak edən 41 şirkətin əksəriyyətində məhsuldarlıq artımı müşahidə olunub. İştirakçı şirkətlərin üçdə ikisi daimi olaraq 4 günlük iş modelinə keçmək qərarına gəlib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin