Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
15:57 - 22 Oktyabr 2024
Milli Məclisdə yaşıllıqların suvarılmasının araşdırılması ilə bağlı yeni işçi qrup yaradılıb.
Manset.az xəbər verir ki, bununla bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında qərar verilib.
Komitə sədri Sadiq Qurbanov qeyd edib ki, yeni yaradılan işçi qrup şəhər ərazilərində, yaşayış binalarının qarşısında və s. ərazilərdə yaşıllıqların suvarılması məsələlərini araşdırmalıdır.
Deputat Naqif Həmzəyevin rəhbərlik edəcəyi işçi qrupun tərkibinə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Asif Əsgərov və Eyvaz Qurbanov daxil ediliblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin