"Sabunçu keçidi"ndə batan ikinci şəxsin də meyiti çıxarıldı - YENİLƏNİB

16:45 - 22 Oktyabr 2024

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Manset.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

***

15:05

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılarıb.
 

Bu barədə Manset.az-a FHN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, cəsəd aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam edir.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin