"Ölkədə Gülənin dəfni üçün yer yoxdur" - Türkiyə

14:50 - 22 Oktyabr 2024

"Ankarada tanınan, ABŞ-də dünyasını dəyişən FETÖ terror təşkilatının rəhbəri, İslam din xadimi Fətullah Gülənin Türkiyədə dəfn oluna biləcəyi yer yoxdur".

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim partiyası ilə ittifaqda olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

Qeyd edək ki, Gülənə yaxın olan "Herkul" portalı və Türkiyə telekanalları onun oktyabrın 21-də Pensilvaniya ştatında (ABŞ) klinikalardan birində vəfat etməsi barədə məlumat vermişdilər .

Bu məlumatı jurnalistlərə Türkiyənin xarici işlər naziri Hakan Fidan təsdiqləmişdi .

83 yaşlı Gülən 1999-cu ildən ABŞ-də yaşayırdı və Türkiyə hakimiyyəti onu 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham edirdi. 

Bəzi türk mediası və müşahidəçiləri F.Gülənin təşkilatının onun cənazəsinin dəfn olunmaq üçün Türkiyəyə qaytarılmasını təşkil etməyə çalışa biləcəyini ehtimal edir.

Eyni zamanda "CNN Türk", Gülənin böyük ehtimalla ABŞ-də Pensilvaniya ştatında bir növ FETÖ ailəsi qəbiristanlığında dəfn ediləcəyini bildirib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin