Ərdoğanla Putin bu tarixdə görüşəcək

12:47 - 22 Oktyabr 2024

Ərdoğanla Putin bu tarixdə görüşəcək

Ərdoğan-Putin sammitinin vaxtı müəyyənləşib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin arasında 23 oktyabr görüş keçiriləcək.

Rusiya lideri Putin Ərdoğanla görüşündən sonra cümə axşamı günü Fələstin lideri Mahmud Abbas və BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək, daha sonra Kazanda BRİKS sammiti çərçivəsində mətbuat konfransı keçirəcək.

Həmçinin Putin və Ərdoğan BRİKS sammiti çərçivəsində Türkiyədə qaz qovşağının  yaradılması layihəsini müzakirə edəcəklər.

 "Türkiyəli tərəfdaşlarımızla qaz sahəsində səmərəli əməkdaşlığa nail olunub. "Mavi axın" və "Türk axını" boru kəmərləri Qara dənizin dibi ilə stabil işləyir", - Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin